Seyran Səxavət: "Bu, dünyada yeganə hava limanıdır ki..."

SOSİAL 07 sen 2021, 21:48
“Qarabağa hava yolu həm də ona görə vacibdir ki, biz otuz ildir Füzuliyə, Qarabağa yol gedirdik, amma çata bilmirdik. İndi isə Bakıdan otuz dəqiqəyə biz Füzuliyə çatacağıq”.
 
Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı doğulduğu rayonda belə bir Füzuli Hava Limanının tikilməsinə görə hamını təbrik edib: 
 
“Görün nə boyda dəyişiklik edilib, otuz il və otuz dəqiqə. Məncə, bu hər şeyi deyir. Vaxtı nə qədər azaltmışıq, qabaqlamışıq, öz xeyrimizə işlətmişik. Füzuli Hava

Limanının həm mülki, həm də hərbi baxımdan əhəmiyyəti çox böyükdür. Bu, dünyada yeganə hava limanıdır ki, qısa müddətdə, elə təyyarə sürətiylə tikildi. Arzu edirəm ki, bütün Azərbaycan, Cənubi Qafqaz bunun xeyrini görsün. Otuz ili otuz dəqiqəyə çevirən bir dövlətik, otuz il hara, otuz dəqiqə hara”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top