Rəsul Quliyev: “Rusiyanın Ermənistanı xilas etmək şansı sıfıra bərabərdir”

SOSİAL MEDİA 05 sen 2021, 22:58
“Füzuli beynəlxalq hava limanına Airbus 340 və Boing 747-400 təyyarələrinin test uçuşlarının həyata keçirilməsi (çox qısa bir zamanda, yəni 6-7 aya) ağlasığmaz bir hadisədir. Ən əsası, bu iki ən ağır təyyarənin uçuş zolağına düşməsi və qalxması bu hava limanına istənilən hərbi və sivil təyyarəsini qəbul edə bilməsinə sübutdur”.
 
Bu fikirləri tanınmış siyasətçi Rəsul Quliyev bildirib.

Onun sözlərinə görə, “Bakıdan 35, Gəncə və ətrafından 25 dəqiqəyə Füzuli aeroportuna uça bilən təyyarələr gündə ən azı 40 tank müharibə zonasına daşıya bilər. Bir günə bir diviziya bütün sursat və texnikası ilə Qarabağın mərkəzinə çatdırıla bilər”.
Rəsul Quliyev onu da vurğulayıb ki, “Bu Hava limanının açılışı Azərbaycanın çox böyük uğurudur. Bu proyekti həyata keçirmiş Prezident başda olmaqla mütəxəssislər, fəhləyə qədər böyük şücaət göstəriblər, eşq olsun”.

R.Quliyev hesab edir ki, “Ermənistan rəhbərliyi onlar üçün çox qorxunc olan bu siqnalı da başa düşməsələr, hadisələrin gələcək inkişafının məsuliyyətini öz üzərilərinə götürürlər. Rusiyanın bu ölkəyə kömək etmək və Ermənistanı xilas etmək şansı sıfıra bərabərdir. Rusiya Ermənistana görə Türkiyə və Azərbaycanın güclü orduları ilə vuruşmağa risk etməz, çünki məğlub olacaq. Təbii Aİ və ABŞ Türkiyə və Azərbaycanı dəstəkləyəcək. Ona görə cənab Paşinyan Rusiyadan qorxmamalı və düzgün qərar qəbul etməlidir. Ermənistan bunu anlayır, ancaq görüşməyə can atmır nə üçünsə. Paşinyan və komandası bu görüşdə birinci olaraq Dağlıq Qarabağ və ermənilərin statusunu müzakirə etməyi zəruri hesab edir. Çünki Rusiya və öz daxilində olan millətçilərdən qorxurlar”.

“Rusiya Federasiyasının prezidenti keçmiş sovetdən qalmış respublikaların (6-sından başqa) heç birinin onun icazəsi olmadan addım atmağına imkan verməyəcəyini artıq dəfələrlə elan edib. Ermənilər onu da bilirlər ki, Qarabağ məsələni qaldırsalar, Prezident Əliyev danışıqları dayandıracaq. Onlar isə bu məsələni qaldırmamaqdan qorxurlar. Ancaq səhv edirlər. Ermənistan xalqını bu gün Qarabağ yox, Azərbaycanla sülh və əmin-amanlıqda yaşamaq maraqlandırır. Ermənistan tezliklə düzgün addımlar atmalıdır. Türkiyə və Azərbaycanla müqavilə imzalamalıdır”, – deyə Rəsul Quliyev bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top