Azərbaycan pambıq ixracını iki dəfə artırıb

BİZNES 21 avq 2021, 00:32
Azərbaycan 2021-ci ilin yanvar-iyul aylarında 166,22 milyon dollarlıq pambıq ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Demokrat.az-ın məlumatına görə, pambığın Azərbaycan ixracatında payı bir il ərzində 0,93 faizdən 1,46 faizə yüksəlib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycan 2,88 milyon dollarlıq pambıq idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz və ya 574,5 min dollar azdır. Bununla da pambığın ümumi Azərbaycan idxalındakı payı il ərzində 0,06 faizdən 0,05 faizə enib.

Ümumiyyətlə, Azərbaycanın 2021-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17,69 milyard dolları keçib. Dövriyyənin 11,39 milyard dolları (64,4 faiz) ixracın, 6,3 milyard dolları (35,6 faiz) isə idxalın payına düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top