EBRD Azərbaycan bankına manatla kredit ayırdı

MALİYYƏ 17 avq 2021, 00:06
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Bank Respublika”ya manatla 9,5 milyon ABŞ dollarlıq (7,96 milyon avro) təminatsız kredit ayırıb.

“Report” EBRD-yə istinadən xəbər verir ki, kredit Maliyyə İnstitutları Sistemi çərçivəsində (Financial Intermediaries Framework, FIF) veriləcək.

Məlumata görə, layihə, FİF Siyasət Bəyanatına uyğun olaraq Azərbaycanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlığa (KOBİA) borc vermək üçün Maliyyə İnstitutları Sistemi çərçivəsində həyata keçiriləcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top