İllərdir həsrətini çəkdiyimiz Laçın: Düşmən heç vaxt bu torpaqların sahibi olmayıb — VİDEO


QARABAĞ 03 avq 2021, 20:51
Bu dəfə yolumuz Laçınadır. O Laçına ki, 30 ilə yaxın erməni vəhşiliyinin, erməni vandalizminin qurbanı olub.

Yol boyu düşmənin işğal dövründə törətdiyi dağıntı izləri görünür. Nəhayət, Laçına çatırıq. Bizi dağılan evlər, xarabalığa çevrilən yaşayış məskənləri qarşılayır.

Düşmən burada daşı-daş üstə qoymayıb. Gördüklərimizdən ürəyimiz ağrısa da, təsəllimiz var. Laçınla bərabər neçə-neçə şəhərimiz, rayonumuz işğaldan azad olunub, illərlə həsrətini çəkdiyimiz torpaqlar düşmən tapdağından təmizlənib, bura tarixi sahibləri qayıdıb. Torpağı öpənlər də məhz onlardır.

İstər Laçında, istərsə də Qarabağın işğaldan azad olunan digər şəhər və rayonlarında gördüklərimiz bir daha təsdiq edir ki, düşmən heç vaxt bu torpaqların sahibi olmayıb.

Yağmalanan, dağıdılan evlər məhz bizimdir. Buraların cənnətə çevrilməsinə isə lap az qalıb.

Daha ətraflı Baku TV-nin süjetində:
 

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 12:08
Top