Yevlaxın içməyə suyu, yandırmağa işığı olmayan kəndi — VİDEO


SOSİAL 30 iyl 2021, 17:10
Yevlax rayonu Malbinəsi kənd sakinlərinin sözlərinə görə, nə səslərini eşidən var, nə də şikayətlərinə baxan.

Yaşayış məntəqəsinin elektrik naqilləri, dirəkləri yararsız haldadır.

Sakinlər bildirirlər ki, hər hansı məişət avadanlığı işlətmək mümkün deyil. Həmçinin naqillərin hazırkı vəziyyəti insanlar üçün böyük təhlükə saçır.

“Azərışıq”dan sorğumuza cavab olaraq bildirildi ki, qurum əməkdaşları Malbinəsi kəndində olub. Təxminən 80 abonent var, layihələndirmə işləri aparılıb, icra nümayəndələri ilə birgə kənd sakinləri ilə də görüş keçirilib, tezliklə işlərə başlanılacaq.

İsti iqlimi ilə seçilən Malbinəsi kəndinin əsas problemlərindən biri də su ilə bağlıdır. Kəndin  subartezian quyusu olsa da, sakinlər oradan su götürə bilmirlər.

Ötən ilin fevralında kənddə içməli su üçün quyu qazılıb. Amma quyunun işə salınması gecikir. Sakinlər su əldə etmək üçün uzun məsafə qət etməli olurlar. Bu da onlar üçün həm əziyyət, həm də vaxt itkisinə səbəb olur.

Kənddə yaranan mövcud vəziyyətlə bağlı Yevlax rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Akif Əliyevin sözlərinə görə, həmin kənddə idarənin balansında olan 5 subartezian quyusu var və onların 4-ü işlək vəziyyətdədir, digəri də yaxın günlərdə təmir olunacaq.

Daha ətraflı Baku TV-nin süjetində:
 


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top