Cıdır düzündən dünyaya səs salan həmyerlilərimiz — VİDEO


GÜNDƏM 28 iyl 2021, 18:28
İllərdir bu günü gözləyirdilər. Dünyanın dörd bir yanından axışan azərbaycanlılar arasında Şuşadan olanı da, Laçında yaşayanı da, Qubadlıda doğulanı da var. Sevincdən ağlayan kim, şükür duası oxuyan kim.

Azərbaycanın mədəniyyət paytaxtına səfərdə 24 ölkədən 72 nəfər iştirak edirdi. 

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən böyük tədbirlərindən biridir.

Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı” bulağını, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət etdilər.

Son nöqtə isə məşhur Cıdır düzü oldu. Meydanda “Xarı Bülbül” və digər eskizləri seyr edən vətən aşiqləri üçrəngli Azərbaycan bayrağını dalğalandırdılar.
 


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 12:08
Top