Britaniyada koronavirusun yeni ştammı tapıldı

DÜNYA 24 iyl 2021, 22:35
Böyük Britaniyada koronavirusun yeni - B.1.621 ştammı tapılıb.

RBC bu barədə ölkənin ictimai səhiyyə xidmətinin (PHE) məlumatına istinadən xəbər yayır.

Qeyd edilir ki, Britaniyana 16 nəfərdə virusun yeni variantı aşkarlanıb. Onların əksəriyyəti xarici ölkələrdən gələnlərdir.

Mütəxəssislərin yeni ştammın daha yoluxucu olması və ya vaksinlərə qarşı davamlı olub-olmaması barədə məlumatları yoxdur. Həkimlər mutasiyanın virusun fəaliyyətinə necə təsir etdiyini anlamaq üçün laboratoriya testləri aparırlar.(oxu.az)

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top