Bayden Kennedinin qızını səfir təyin etməyi planlaşdırır

DÜNYA 24 iyl 2021, 21:43
ABŞ prezidenti Cozef Bayden ölkənin 35-ci rəhbəri olmuş (1961-1963-cü illər) Con Kennedinin (1917-1963) qızı Kerolin Kennedini Birləşmiş Ştatların Avstraliyadakı səfiri təyin etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “CNN” mənbələrinə istinadən məlumat verib.

Bildirilib ki, 63 yaşlı Kerolin Kennedi sabiq prezident Barak Obamanın ikinci administrasiyası dövründə Tokioda səfir işləyib.

Hal-hazırda ABŞ-ın Avstraliyadakı diplomatik nümayəndəliyinə müvəqqəti işlər vəkili Maykl Qoldman rəhbərlik edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top