Polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatından iki il ötür

HƏRBİ 24 iyl 2021, 11:19
Hərbi Hava Qüvvələrinin “MİQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatından iki il ötür.

Demokrat.az xəbər verir ki, polkovnik-leytenantın iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. 

Qəza nəticəsində “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

Avqustun 19-da hərbi təyyarənin “qara qutu”su, avqustun 20-si isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.

Rəşad Atakişiyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top