"Bu günü gördüyüm üçün xoşbəxtəm, fikirləşirdim ki, dünyadan narahat gedəcəm"

İNCƏSƏNƏT 20 iyl 2021, 21:43
“Mən bu gün arzu edirəm ki, kəsilən qurbanları Allah qəbul eləsin. Özü də bu günlərdə bizim böyük niyyətimiz, hamımızın problemi olan Qarabağ məsələsi də həll olundu”.
 
Demokrat.az
xəbər verir ki, bunu "moderator.az"-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. Aktyor Qurban bayramı münasibətilə xalqımızı təbrik edib:
 
“Qurban bayramı da bizim müsəlmanların əsas bayramlarından biridir. Mən bu gün arzu edirəm ki, kəsilən qurbanları Allah qəbul eləsin. Özü də bu günlərdə bizim böyük niyyətimiz, hamımızın problemi olan Qarabağ məsələsi də həll olundu. Yerdə bu işi görənlərin və göydə Allahın köməkliyi problem həll olundu. Mən çox xoşbəxt adamam ki, bu günü gördüm. Həmişə fikir edirdim ki, bu dünyadan narahat gedəcəm. Amma şükürlər olsun ki, Allaha biz bu problemi həll etdik. Qurban olum Allaha bu gün kəsilən qurbanları qəbul etsin. Allah bizim ölkəmizi, xalqımızı xoşbəxt eləsin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top