"Azərxalça"dan yeni müsabiqə: "Zəfər" kolleksiyası

İNCƏSƏNƏT 17 iyl 2021, 11:58
“Azərxalça” ASC qələbə mövzusunda hazırlanmış “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi" elan edib.

Bu barədə Demokrat.az-a ASC-dən məlumat verilib.

Elanda deyilir: 

“Zəfər” kolleksiyasının bir parçası olmaq, qələbəyə həsr olunmuş  əsərlərini bizimlə paylaşmaq  və ən əsası “Azərxalça” ASC-də çalışmaq istəyən bütün gəncləri müsabiqəmizdə iştirak etməyə dəvət edirik!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçılara qarşı başladığı əks-hücum əməliyyatı, 44 gün davam edən müharibə və əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. “Azərxalça” ASC  isə ölkəmizin müharibədə əldə etdiyi möhtəşəm qələbəni özünün “Zəfər” kolleksiyası ilə qeyd edəcək. Kolleksiyanın hazırlanması isə gənclərə həvalə ediləcək. 

Müsabiqənin şərti: Aşağıda qeyd olunmuş  ünvana  portfolio (15 foto)  və “Zəfər” kolleksiyasına aid eskizlər (3 foto)  göndərmək.

Mövzu: Üzərində “Zəfər” mövzusunda təsvir olan xalça və ya xalça məmulatı modelləşdirmək, hər hansı səhnənin təsviri, milli xalça detallarından qaynaqlanan abstraksiyalar və s. 

Yaş həddi: 21-35
Son tarix: 10.08.2021 


Müsabiqədə  qeyd olunmuş  yaş  aralığına aid rəssamlar, dizaynerlər, xalçaçı rəssamlar və s. iştirak edə bilərlər.  Seçilmiş 20 nəfər ən yaxşı müsabiqə iştirakçısının işlərini münsiflər heyəti müəyyən edəcək.  Seçilmiş gənclər bir ay ərzində “Azərxalça” ASC emalatxanalarında həm yerli, həm də xarici mütəxəssislər tərəfindən təlimə cəlb olunacaqlar. 

Mükafat: Təlimlərdə ən yaxşı nəticə göstərmiş üç gənc müsabiqənin sonunda mükafatlandırılacaq. İlk yerin sahibi “Azərxalça” ASC-də  rəsmi işə başlayacaq. Digər iki gənc müəsissə ilə daimi əməkdaşlıq edəcək. 

Fotoları göndərmək üçün ünvan: [email protected]

Təlim iştirakçılarının ən bəyənilən eskizləri “Zəfər” kolleksiyasının hazırlanmasında istifadə oluncaq.

No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top