“Heydər Əliyevin mənə bağışladığı bağı Rəsul Quliyevin adamları zor gücünə məndən aldılar”

GÜNDƏM 16 iyl 2021, 16:08
Sabiq deputat Hacı Qalib Salahzadənin bağı əlindən alınıb.

Demokrat.az-a açıqlama verən Hacı Qalib bağın Rəsul Quliyev tərəfindən zor gücünə əlindən alındığını bildirir:

“1995-ci ilin sonunda Ulu Öndər Heydər Əliyev mənə məxsus bağa gəldi. Onunla birlikdə Rafael Allahverdiyev, Fatma Abdullazadə, Akif Muradverdiyev də bağa gəldi. Yəni mənim bağımdakı görüşümüzün şahidləri var. Rafael Allahverdiyev Heydər Əliyevi aldatmışdı ki, guya mənim bağımda ev yoxdur. Amma mən o bağda 8 ədəd – bəziləri kiçik, bəziləri böyük ev tikdirmişəm. Akif Muradverdiyev isə evlərin olduğunu bildirib, ona görə də, onların arasında mübahisə yaranıb. Heydər Əliyev də onlara inanmayıb, şəxsən bağa gəlmişdi. Mənim xəbərim olmadan bağımın qabaq hissəsi Rusiya səfirliyinə verildi. İndi isə bəzi şəxslər ortaya çıxıb, bağımda haqlarının olduğunu bildirirlər. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu mənim bağıma iddia edir. Gedib mənə məxsus bağda yerləşib, deyir ki, guya 2010-cu ildə bağ Rəsul Quliyevə verilib. Rəsul Quliyev də deyir ki, bu barədə məhkəmə qərarı var. Rəsul Quliyev özü 26 il əvvəl ölkəni tərk edib, amma indi iddia qaldırır ki, bağ və evlər guya ona məxsusdur. Heydər Əliyev bağa gələndə şahidlər olub. Mübahisə yarandığı üçün də Heydər Əliyev Cəlal Əliyevin vasitəsilə mənə bağışlayıb. Mənim o bağda əkdiyim ağacların yaşı Ağasif Şakiroğludan böyükdür. Amma indi gəlib deyirlər ki, 26 il əvvəl ölkəni tərk etmiş adam bu bağın sahibidir. Guya məhkəmə 2010-cu ildə qərar çıxarıb. Halbuki mən özüm o bağda, evlərdə qeydiyyatdayam. Məni qeydiyyatda olduğum yerdən çıxarıblar. Məhkəməyə sənədləri göndərmişəm. Amma bilmirəm bu məsələni necə həll edim. Xahiş edirəm ki, Əmlak Komitəsindən mütəxəssis gəlib yoxlasın, müəyyən edilsin ki, o ərazi kimə məxsusdur.”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top