UEFA İtaliya - İngiltərə matçı barədə araşdırma başlatdı

İDMAN 14 iyl 2021, 21:50
UEFA  İngiltərə və İtaliya komandaları arasında baş tutmuş AVRO-2020-nin final matçı barədə araşdırmaya start verib.

Demokrat.az xəbər verir ki, açılan intizam işində azarkeşlərin davranışı araşdırılacaq. Belə ki, tərəfdarların meydana icazəsiz girişi, tribunadan oyun sahəsinə yad əşyaların atılması, fanatların priotexniki vasitələrdən istifadə etməsi və dövlət himnləri zamanı baş verən hadisələr barədə araşdırma aparılacaq.

Qeyd edək ki, 5000 nəfərə yazın azarkeş stadiona biletsiz daxil olub. Britaniya polisi oyundan sonra 19 polis əməkdaşının xəsarət aldığını, 86 nəfərin həbs olunduğunu açıqlayıb./Offsideplus.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top