Təcili yardım sürücülərinin maaşlarına əlavələr ödəniləcək

DAXİLİ SİYASƏT 13 iyl 2021, 19:20
Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarında avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq əlavələr ödəniləcək.

Demokrat.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Birinci sinif avtomobil sürücülərinə tarif (vəzifə) maaşının 25 faizi, ikinci sinfə isə tarif (vəzifə) maaşının on faizi miqdarında əlavə ödəniləcək.

Qeyd edək ki, avtomobil sürücülərinə ixtisas siniflərinin verilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 mart 2015-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nın tələbləri rəhbər tutulacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top