Polad Həşimovun xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi — FOTOLAR

GÜNDƏM 13 iyl 2021, 17:55
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, General-Mayor Polad Həşimovun əziz xatirəsinə həsr edilmiş Ağacəkmə aksiyası həyata keçirildi.

Öncə Milli Qəhrəman General-Mayor Polad Həşimovun anası Səmayə xanım başda olmaqla Birliyin idarə heyəti və fəal üzvləri, ictimaiyyət nümayəndələri  fəxri xiyabana gedərək unudulmaz Generalımız Polad Həşimovun abidəsi önünə gül çələngi qoyaraq ruhuna dualar oxudular. Sonra aksiya iştirakçıları Xətai rayonuna gələrək Polad Həşimov prospektində Ağacəkmə aksiyasında iştirak etdilər.

Ağacəkmə aksiyası ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək, nüqəddəs Şəhidlik zirvəsinə ucalmış, 44 günlük Vətən müharibəsinin təməl daşı, Azərbaycan gəncliyin örnək nümunəsi, hərb tariximizin ləyaqətli simalarından biri,öz məğrurluğu,hünəri ilə Azərbaycan tarixinə əbədi yazılan General-mayor Polad Həşimovun anım günündə belə bir ağacəkmə aksiyasını keçirilməsini özlərinə vətəndaşlıq, soydaşlıq borcu hesab ediblər.

İcraçı direktor onu da qeyd etdi ki, bu sayaq İctimai, mədəni əhəmiyyətli tədbirləri gerçəkləşdirməkdə əsas məqsəd Cənab Ali Baş Komandan İlham Əliyevin Milli Qəhrəmanlara və onların ailə üzvlərinə diqqət və qayğı yönümündə dövlət tərəfindən görülən uğurlu işlərə vətəndaş cəmiyyəti töhvəsini verməkdir.

Qurum rəsmisi  Birlik tərəfindən gələcəkdə də İctimai, siyasi, mədəni, kütləvi, mənəvi dəstək ruhlu, tədbir və layihələrin davam etdiriləcəyini xüsusi olaraq vurğuladı.

No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top