Türkiyədən ev alan azərbaycanlıların sayı AÇIQLANDI

BİZNES 12 iyl 2021, 18:28
Bu ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 593 mənzil satın alıblar.

Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay ərzində Türkiyədən 164 mənzil alıblar. 

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin aprel ayında Türkiyədən ev alan azərbaycanlıların sayı kəskin artıb. Belə ki, 2020-ci ilin iyun ayında azərbaycanlılar Türkiyədən builkindən təxminən 2,3 dəfə az - 70 mənzil satın alıblar.

Onu da bildirək ki, son ildə 7 ildə Azərbaycan vətəndaçları Türkiyədn 6 min 680 mənzil alıblar:
 
İllər Mənzillərin sayı
2015 815
2016 610
2017 942
2018 1 250
2019 1 191
2020 1 279
2021
Yanvar-iyun
382
Cəmi 6 680

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top