Böyük Britaniyanın xəbər portalında Oxçuçay fəlakətinə həsr olunan məqalə dərc olundu

GÜNDƏM 12 iyl 2021, 11:19
Böyük Britaniyanın “Dawn” xəbər portalında Oxçuçay fəlakətinə həsr olunmuş məqalə dərc olunub.

Demokrat.az xəbər verir ki, məqalədə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistanda fəaliyyət göstərən kombinat tərəfindən çirkləndirilməsindən danışılır.

Qeyd edilir ki, Oxçuçay sənaye tullantıları ilə çirkləndirilib, suvarma üçün yararsız hala gətirilib və çaydakı balıqlar məhv olmaq təhlükəsi ilə üzləşib. Yazıda, həmçinin kombinatın əsas səhmdarlarından birinin “CRONIMET” alman şirkəti olması barədə məlumat verilib.

Məqalədə çayda çirklənmə səviyyəsinin yüksək olduğu, onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsinin son dərəcə mənfi təsirlərə səbəb ola biləcəyi bildirilir.(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top