Milli Məclisin İntizam komissiyasının Əsasnaməsi qəbul olundu

DAXİLİ SİYASƏT 09 iyl 2021, 12:34
Parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsi haqqında sənəd müzakirəyə çıxarılıb.

Demokrat.az xəbər verir ki, sənəd 9 maddədən ibarətdir.

Əsasnamə İntizam komissiyasının təşkili qaydasını, səlahiyyətlərini, iş qaydasını, İntizam komissiyası üzvlərinin, həmçinin komissiyada barəsində araşdırma aparılan deputatın hüquqlarını və vəzifələrini müəyyən edir.

Yeni sənəddə İntizam komissiyası tərəfindən müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri dəqiq müəyyən edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top