BMW, Audi, Porsche və Daimler 1 milyard dollar cərimə olunub — SƏBƏB


AVTO 09 iyl 2021, 09:09
Avropa Birliyinin rəqabətlilik üzrə orqanları iyulun 8-də Almaniyanın dörd böyük avtomobil istehsalçısına 1 milyard dollar cərimə kəsib. Onların avtomobil emissiyalarını məhdudlaşdırmaq cəhdlərinə qarşı gizli əlbirliyə getdiyi iddia olunur.

Avropa Komissiyasının məlumatına görə, Daimler, BMW, Audi və Porsche benzin və dizel mühərriklərinin səbəb olduğu çirklənməni məhdudlaşdıra biləcək texnologiya ilə bağlı rəqabət aparmayıblar.

lk dəfədir AB rəsmiləri texnoloji irəliləyişi önləməyi hədəfləyən əlbirliyə görə cəza kəsir. İndiyədək qiymətlərin manipulyasiyası kimi daha sadə ittihamlar səslənib.

AB-nin rəqabətlilik üzrə komissarı və anti-monopoliya üzrə başçısı Marqret Vestaqer deyib ki, şirkətlər ziyanlı emissiyaları qanuni limitdən artıq kəsə bilərdilər, amma əlbir olub belə azalmaya getməyiblər.

Daimler-in cərimələnmədiyi bildirilir, çünki kartelin mövcudluğunu tənzimləyici orqanlara faş edib.

Bu, 2015-ci ilin “dizelqeyt” qalmaqalını yada salır. O zaman Volkswagen şirkətinin milyonlarla avtomobili satmaq üçün emissiya nəzarəti zamanı xüsusi proqramdan istifadə etdiyi, hava kirlənməsi göstəricisini saxtalaşdırdığı üzə çıxıb.(azpost.info)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top