İlham Əliyev Xankəndi şəhəri ilə bağlı fərman imzaladı

QARABAĞ 07 iyl 2021, 14:54
Xankəndi şəhəri yeni yaradılan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərmanında bildirilib.

Qarabağ iqtisadi rayonunun tərkibinə Xankəndi şəhəri ilə yanaşı Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.

Qeyd edək ki, bundan əvvəl Xankəndi şəhəri Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib. Azərbaycan Prezidentinin bugünkü fərmanı ilə həmin iqtisadi rayon ləğv olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top