Fransa Azərbaycan və Ermənistan arasında məhbus və mina xəritəsi mübadiləsini alqışlayır

XARİCİ SİYASƏT 06 iyl 2021, 18:02
ATƏT-in Minsk qrupunun həmsədri Fransa 15 erməni məhbusun Azərbaycan tərəfindən sərbəst buraxılmasını və eləcə də Füzuli və Zəngilan rayonlarının minalı ərazilərinin xəritələrinin Ermənistan tərəfinin Azərbaycana verilməsini alqışlayır.

Bu barədə Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"İyunun 11-də baş tutan mübadilədən sonra bu mübadilə gərginliyi azaltmaq və tərəflər arasında etimadı bərpa etməyə kömək etmək üçün yeni bir jestdir. Fransa, tərəflərin 10 noyabr 2020-ci il tarixində qəbul etdikləri öhdəliklərin icrasına, o cümlədən əhəmiyyətli bir dialoqun bərpasına və hələ də saxlanılan bütün erməni məhbusların sərbəst buraxılmasına çağırır.

Minsk qrupunun həmsədrliyindəki tərəfdaşları ilə Fransa bu müsbət dinamikanın davam etməsinə çağırır və tərəflərlə birlikdə Qafqazda davamlı sülhün bərqərar olmasına sadiqliyini ifadə edir", - diplomatik nümayəndəlikdən bildirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top