Filippində təyyarə qəzasında 17 nəfər öldü — YENİLƏNİB-4


DÜNYA 04 iyl 2021, 14:37
Filippin Silahlı Qüvvələrinin “S-130” tipli hərbi nəqliyat təyyarəsinin Sulu arxipelağına daxil olan Xolo adasında aeroporta eniş zamanı qəzaya uğraması nəticəsində ən azı 29 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.Qəza nəticəsində xəsarət alan 50 nəfər hospitala yerləşdirilib, itkin düşənlər var.

***

saat 11.42

Bu gün Filippində Sulu arxipelağı rayonunda, Xolo aeroportunda eniş zamanı qəzaya uğrayan “S-130” tipli hərbi nəqliyyat təyyarəsinin göyərtəsində 3 pilot və 5 heyət üzvü olmaqla, ümumilikdə 92 nəfər olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Filippin müdafiə naziri Delfin Lorenzana bildirib.

Müdafiə naziri qəza zamanı yaralanmış 40 nəfərin xilas edilərək hospitala yerləşdirildiyini, 17 nəfərin həyata itirdiyini, xilasetmə işlərinin davam etdiyini bildirib.

***

saat 10.33

Filippin Hərbi Qüvvələrinin təyyarəsinin ölkənin cənub-qərbində Sulu arxipelağı rayonunda qəzaya uğraması nəticəsində ən azı 17 nəfər həlak olub.

APA-nın xəbərinə görə, bu barədə Filippin mətbuatı ordudakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, təyyarənin göyərtəsində 85 nəfər olub.

***
Filippin Hərbi Qüvvələrinin təyyarəsinin ölkənin cənub-qərbində Sulu arxipelağı rayonunda qəzaya uğraması nəticəsində ən azı 17 nəfər həlak olub.

APA-nın xəbərinə görə, bu barədə Filippin mətbuatı ordudakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, təyyarənin göyərtəsində 85 nəfər olub.

***

saat 09.53

Filippin Hərbi Qüvvələrinin təyyarəsi ölkənin cənub-qərbində Sulu arxipelağı rayonunda yerə çırpılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Filippin Silahlı Qüvvələrnin komandanı Sirilito Sobedcan bildirib.

Filippin Silahlı Qüvvələrinin komandanı xilasetmə əməliyyatının davam etdiyini, indiyə qədər 40 nəfərin xilas edildiyini açıqlayıb.

Təyyarənin göyərtəsində 85 nəfər olub.

***

saat 09.35

Filippində göyərtəsində 85 nəfərin olduğu hərbi təyyarə ölkənin cənub-qərbindəki Xolo adasına eniş edən zaman qəzaya uğrayıb.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, yanan təyyarədən 15 nəfər çıxmağı bacarıb.

Xilasedicilər hadisə yerinə cəlb olunub.

***

saat 09.15

Filippində hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə Filippin Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarənin göyərtəsində 85 hərbçi var.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top