Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvünün (Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviç) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmədə prokuror çıxış edərək təqsirləndirilən şəxslərə verilən ittihamlardan yalnız Cinayət Məcəlləsinim 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviçin 5 il, digərlərinin isə həmin maddə ilə 2 il azadlıqdan məhrum edilməsini xahiş edib. Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilən digər maddələrin ittihamdan çıxarılmasını istəyib.
Elan edilən hökmə əsasən, Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib.
Məhkəmənin hüquqi aspektləri əsas tutaraq hökm verməsini bir kənara qoyaq. Ortada humanist yanaşma var və bu müəyyən suallar doğura, eyni zamanda, məhkum olunan ermənilərə qarşı Azərbaycan tərəfindən göstərilən humanizm ilk baxışdan birmənalı qarşılanmaya bilər. Bunu anlayışla qarşılamaq üçün məhkəmədən əldə olunan nəticələrə, həm də Azərbaycan tərəfinin nəyə görə daha sərt qərarlar üzərində dayanmamasının səbəblərinə baxmaq lazımdır.
Bu humanizmin kökündə həm də müharibədən sonra yaranmış yeni reallıq fonunda Azərbaycan tərəfinin bütün dünyaya, Ermənistana mesajı dayanır. Ermənistan uzun illərdir Azərbaycana qarşı məkrli siyasət yürüdür, regionda sabitliyin bərqərar olmasına əngəl törədir. İndi regionda yeni reallıq yaranıb. Azərbaycan Ermənistanın 30 ildir davam edən işğalına son verərək torpaqlarını işğaldan azad edib. Müharibədən ötən 7 ay ərzində aparılan iş iki ölkə arasında davamlı sülhün bərqərar olacağına ümid yaradıb. Azərbaycan qalib ölkə olmasına, üstün və haqlı mövqedə dayanmasına rəğmən sülh sazişinin imzalanması üçün işin aparılmasına bir an öncə başlamağa hazır olduğunu bəyan edib. Məhz belə bir məqamda məhkum edilən ermənilərə qarşı humanist yanaşma ermənilərin öz məkrli siyasətlərindən daşınması, bölgədə sülhün bərqərar olması üçün əməli fəaliyyətə başlaması üçün edilən bir jestdir. Ermənilərin Azərbaycanın bu qəbildən olan addımlarından nəticə çıxaracağına ümid tam itməyib. Ermənistanla müqayisədə bütün sferalarda ən üstün mövqedə dayanan Azərbaycanın bu addımları regionda sabitliyə, sülhə töhfə vermək amalı daşıyır. Bunun düzgün dəyərləndirməməsi isə qarşı tərəfin növbəti tarixi səhvi ola bilər.
Məsələyə digər tərəfdən yanaşdıqda, bu məhkəmədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı terrorçuluq, təxribat hərəkətləri bir daha təkzibedilməz sübutlarla təsdiq edildi. Bu, olduqca önəmli məqamdır. Təbii ki, bu cinayətlər bizə bəlli idi. Amma indi məhkəmədə Ermənistanın hərbi-siyası rəhbərliyinin Azərbaycana qarşı planlaşdırdığı cinayət əməlləri ermənilərin öz dillərindən elan edildi və bir daha bu cinayətlərin nə dərəcədə real olduğu hüquqi müstəvidə təsdiqləndi. Qeyd etmək vacibdir ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı törətmiş olduğu cinayət əməllərinə görə cinayət işinin başlanması üçün prokurorun vəsatəti əsasında məhkəmə tərəfindən xüsusi qərar çıxarılıb və prokurorluğa göndərilib. Bundan başqa, məhkəmədə ittiham olunan şəxslərə rəhbərlik etmiş Ermənistan Respublikasının vətəndaşı, polkovnik-leytenant Arsen Qazaryan və digər vəzifəli şəxslər barəsində beynəlxalq axtarış elan edilib.
Məhkəmədə diqqət çəkən digər önəmli məqamlara baxaq.
Birincisi, erməni silahlı dəstələrinin üzvləri ifadələrində ölkələrindəki real mənzərəni dilə gətiriblər. Məlum olub ki, Ermənistanın rəsmi təbliğatı tamamilə yalana bürünüb. Əslində ermənilər heç vaxt hərbi xidmətə getmək, döyüşmək istəməyiblər. Ermənistanın siyasi-hərbi rəhbərliyi hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid etməklə məcburi hərbi xidmətə, döyüşə göndərməyə nail olub. Lakin həmin şəxslərin Azərbaycan xalqına və Ordusuna qarşı hər hansı cinayət törətmək niyyətləri olmayıb.
İkincisi, ittiham olunan şəxslərin əksəriyyətinin işsiz, habelə işləmək üçün dəfələrlə xarici ölkələrə getmiş şəxslər olması da ciddi faktdır. O baxımdan ki, bu bir daha Ermənistanda sosial vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu isbat edir. Səfil günündə olan Ermənistanda əhalinin güzəranı dözülməz həddə çatıb və çarəsizlikdən xarici ölkələrə axın adi hala çevrilib. Bu gün Ermənistanda kimsə döyüşmək istəmir. Müxtəlif yollarla ordudan yayınmağa çalışır. Məhkəmədə bu reallıqlar da bir daha isbat olundu.
Üçüncüsü, təqsirləndirilən şəxslərin ifadələrindən aydın oldu ki, ermənilər tərəfindən döyüşənlərin mütləq əksəriyyəti hədə- qorxu ilə orduya cəlb edilənlərdir. Gənc yaşında məhkəmə qarşısında dayanan bu şəxslər məhz Ermənistan rəhbərliyinin məkrli, bütün bəşəri dəyərlərə zidd əməllərinin qurbanına çevriliblər. Bu gün məhkum olunan şəxslərin öz ölkələrində yaşadıqları müddətdə zəruri olan hüquqları belə təmin etməyibsə əlavə nəsə deməyə ehtiyac qalmır...
Bu vəziyyəti, məhkəmədə səslənən faktları hazırda açınacaqlı durumda olan erməni xalqı da izləyir. Məhkum edilən diversantlar da məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlərinin qurbanına çevrilmiş bütöv bir xalqın təmsilçiləridir. Qalır Azərbaycan tərəfindən göstərilən humanizmin Ermənistanın uzun illər apardığı məkrli siyasətdən əl çəkməsinə, regionda sabitliyin bərqərar olmasına töhfə verəcəyini gözləmək. Azərbaycan bir daha erməni xalqı ilə düşmənçilik etmədiyini, Ermənistanın hərbi-siyasi canilərinin cəzalandırılmasına və əməllərinin ifşasına nail olmaq siyasəti yürütdüyünü ortaya qoydu...
Elman Babayev
Əməkdar jurnalist