Deputat: "Ermənistan regionun ekoloji təhlükəsizliyinə təhdidlər yaradır"

GÜNDƏM 02 iyl 2021, 16:15
"Otuz ilə yaxın bir müddətdə Azərbaycana qarşı soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törətmiş və döyüş meydanında hərbi kollapsa uğrayan Ermənistan ölkəmizin ekoloji sisteminə genişmiyaslı zərər vurulmasına, su  hövzələrinin zəhərlənməsinə çalışır".  

Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib. 

O, Ermənistanın region üçün təhlükəli dövlət olmaqda davam etdiyini bildirib:

"Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə on üç çay var ki, onlardan dördü Ermənistan ərazisindən axıb keçir. Bunların arasında ən çox çirklənməyə məruz qalan uzunluğu 83 km təşkil edən və 46 km Ermənistan ərazisindən keçən Oxçuçaydır. Bu çayın həddindən artıq çirklənməsinə görə Zəngəzur Qacaran mis-molibden kombinatı və Qafan filiz saflaşdırma kombinatı məsuliyyət dayışırlar. Onların fəaliyyəti nəticəsində meydana gələn  çirkab sularının təmizlənmədən çaya axıdılması bütövlükdə regionun ekoloji təhlükəsizliyinə ciddi təhdid yaradır. Həmçinin nəzərə almaq lazımdır ki, Oxçuçayın ekosisteminin zəhərlənməsi insan həyatı və sağlamığı üçün böyük təhlükə mənbəyidir. Məsələnin ən mühüm aspeklərindən biri ondan ibarətdir ki, Kür və Araz çayları vasitəsi ilə çirkab suları Xəzər dənizinə axır, bu isə mövcud problemin beynəlmiləl səviyyəyə çatmasından xəbər verir. Başqa sözlərlə, xəzəryanı dövlətlər üçün ciddi ekoloji təhlükə yaranır. Qeyd etmək lazımdır ki, Azərbaycan, Rusiya Federasiyası, Qazaxstan, Türkmənistan “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" 17 mart 1992-ci il tarixli BMT Konvensiyasının iştirakçıladırlar və su hövzələrinin mühafizəsi ilə bağlı beynəlxalq-hüquqi öhdəliklər daşıyırlar. Həmçinin beş xəzəryanı ölkə “Xəzər dənizinin hüquqi statusu haqqında” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Konvensiyanın iştirakçıladırlar və Xəzər dənizinin qorunub saxlanması onlar üçün əsas hüquqi prioritetlərdən biridir".

 Deputatın sözlərinə görə, bu addımları qəsdən atam Ermənistan beynəlxalq məsuliyyətini unutmamalıdır:

"Ermənistan tərəfindən qəsdən Azərbaycan Respublikasının su hövzələrinin çirkləndirilməsi mənfur qonşularımızın döşmənçiliyinin de fakto təzahürüdür. İdentifikasiya olunan milli, irqi, dini və etnik qrupların qismən və ya bütövlükdə məhv edilməsi soyqırım kimi tanınırsa, ölkəmizin və ümumilikdə regionun ekosisteminə qarşı yönələn hərəkətlər beynəlxalq müstəvidə “ekosid” kimi qəbul edilən cinayət tərkibli əməlləri ehtiva edir və Ermənistanın beynəlxalq məsuliyyəti məsələsini aktuallaşdırır". 

Aygül
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top