Qazın qiyməti aztəminatlı əhali kateqoriyasına ciddi təsir etməyəcək — Ekspert

SOSİAL 30 iyn 2021, 23:40
Tarif Şurası qaz qiymətlərini qaldırdı. Amma bu dəfə etiraf etmək lazımdır ki, Tarif Şurasının qərarı əhaliyə, ələlxüsus da aztəminatlı əhali kataqoriyası üçün ciddi təsir etməyəcək. Tarif Şurası bildirir ki, qaz istehak həcmi bir milyard kub metr (2.7 milyard kub metrdən 3.7 milyard kub metrə) artıdığından dövlət büdcəsinə yük olmaması üçün bu addım atılıb. Əhali abunəçilərinin təxminən 51%-ni əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Demokrat.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov qeyd edib.

O bildirib ki, hazırda 2500 kubmetrdən çox istifadə edən insan çox və kasıb deyil: "Həm də bu qənaətə sövq edər. Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Bilirik ki istilik elektrik stansiyalarında elektrik enerjisinin alınması zamanı daha çox təbii qazdan istifadə edilir.

Bu stansiyalar averilən qazın qiyməti cəmi bir qəpik 12 qəpikdən 13 qəpiyə qaldırıb. Çox qalxsaydı növbəti ay elektik qiymətlərinin müzakirəsi və qaldırılması qaşılmaz olacaqdı.

“Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Əslində, nəzərə alsaq ki, hazırda mövsüm geridə qalıb, onsuz da qaz istifadəsi yox dərəcəsindədir, bu elə də təsir etməyəcək. Növbəti ilin yanvarında bu qiymət dəyişməzs,ə bunu müsbət qiymətləndirmək olar".

Ekspert əlavə edib ki, yalnız ticarət, xidmət və s. sahələrində tariflər 5 qəpik artırılıb ki, burada da qaz istifadəsi çox deyil: "Bütün bunları nəzərə alaraq tam səmimi deyirəm ki, bu qərara sevinmək lazımdır ki, hələ ki, təhlükə sovuşdu. Tarif Şurasının əksər qərarı iqtisadiyyat üçün dah ağır olduğunu nəzərə alsaq, məsələ 100 faizli su qiymətlərində olan artımı nəzərə alsaq, bu dəfəki qərara sevinmək lazımdır. Ən azı ona görə ki, heç olmasa il sonuna qədər qaz qiymətləri ilə əhali məyus olmayacaq"./Publika.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top