Əvəz Zeynallı: “Medianın İnkişafı Agentliyi bütün parametrlərdə KİVDF-dən yaxşı təsir bağışlayır”

GÜNDƏM 24 iyn 2021, 14:50
“Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqələrin nəticələri açıqlanmadığı üçün yekun fikir bildirmək çətindir. Ümumi yanaşsaq, Medianın İnkişafı Agentliyi bütün parametrlərdə KİVDF-dən yaxşı təsir bağışlayır. Agentliyin keçirdiyi seminarlar, bu müsabiqə və seminarların medianın bütün sahələrini əhatə etməsi çox yaxşı haldır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında “Xural TV”-nin rəhbəri Əvəz Zeynallı Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyəti barədə danışarkən deyib.

O, agentliyin qısa zamanda təsiredici fəaliyyət ortaya qoyduğunu vurğulayıb:

“Media haqında qanunun qəbulu gözlənilir, bundan sonra mediada yaxşı mənada yeni cığırlar olsa, bu, agentliyin fəaliyyətinin də təzahürü olacaq. 

İnkişafı stimullaşdırmaq onların əlindədir. Bu istiqamətdə müəyyən çalışmalar da var. Lakin nəzərə alaq ki, agentliyin qarşısında çox iş var. Müstəqil baza qurulmalı, irəli sürülən standartlar gücləndirilməlidir. Medianın İnkişafı Agentliyinin gördüyü işlə əvvəlki dövrə nisbətən işartılar yaranıb. Ümid edirəm ki, bu fəaliyyət davam etdiriləcək və daha yaxşı olacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top