Bu şəxslər üçün sosial və vergi ödənişləri müəyyənləşdi

SOSİAL 23 iyn 2021, 11:32
Mediatorlar məcburi dövlət sosial sığortasına cəlb olunacaqlar.

Demokrat.az xəbər verir ki, bu, “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Sərbəst mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid ediləcək.

Mediatorlarla bağlı “Tibbi sığorta haqqında” qanuna da dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, mediatorlar icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.

Qeyd edək ki, Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top