ABŞ-da fəaliyyət göstərən “Mərkəzi Asiya-Qafqaz İnstitu"-nun (Central Asia-Caucasus Institute) təşkilatçılığı ilə keçirilən CAMCA regional forumunda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov çıxış edib.
QSC-dən Demokrat.az-a verilən məlumata görə, Baş direktor bildirib ki, Bakı Limanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizində baş tutan müsbət tendensiyalara hazırlıqlıdır. Bekəki, 9 iyunda liman ərazisində yeni gübrə terminalının tikintisinə başladığını elan olunub. Bu terminal sayəsində Mərkəzi Asiyadan Avropa və Qərb ölkələrinə daşınan gübrə məhsullarının aşırılmasında operativliyin əhəmiyytli dərəcədə artacağı gözlənilir.
Mərkəzi Asiya ölkələrinin gübrə istehsalı potensialı ilə bağlı məlumat verən Taleh Ziyadov bildirib ki, Türkmənistan, Özbəkistan və Qazaxıstanın illik gübrə istehsalı 6,6 milyon tondan çoxdur və son illər bu ölkələr tərəfindən gübrə məhsullarının istehsalı sahəsinə böyük məbləğdə investisiya qoyulmuşdur. Gələn ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulan yeni terminalda sayəsində ildə 2,5 milyon ton gübrənin aşırılması mümkün olacaq. Üstəlik, 11 iyunda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Batumi Multimodal Gübrə Terminalını idarə edən “Wondernet Express Investment Group” və ABŞ-ın Trammo şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, hər üç qurum Orta Asiyadan ixrac olunan karbamid, kükürd və s. gübrələrin daşınmasında operativliyi təmin edəcəklər.
Eyni zamanda, beynəlxalq əməkdaşlıq məsələsinin də Bakı Limanı üçün prioritet təşkil etdiyini bildirən Baş direktor, Xəzəryanı ölkələr, Asiya və Avropalı tərəfdaşlarla sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Avropa İttifaqı ilə insan kapitalının gücləndirilməsi, ATƏT ilə rəqəmsallaşma və yaşıl liman mövzusunda layihələr icra olunduğunu bildirən Taleh Ziyadov Bakı Limanının Xəzərin ilk “Yaşıl Liman”-ı olduğunu da xatırladıb. Sonda iştirakçıların sualları cavablandırılıb.