Deputat: “Şuşada imzalanacaq sənəd Azərbaycanla Türkiyə arasında indiyədək imzalanan ən əhəmiyyətli sənəd olacaq”

GÜNDƏM 15 iyun 2021, 13:22
“Qardaş ölkə Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri hər zaman vacib olub, amma bu dəfə daha əlamətdardır, çünki o, bu dəfə işğaldan azad olunmuş ərazilərimizə, xüsusilə Şuşaya səfər edəcək. Türkiyə prezidenti özü də vurğulayıb ki, Şuşa təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün mədəniyyət, incəsənət və siyasi xadimləri yetişdirən bir yerdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Türkiyə dövlət başçısının Azərbaycana bugünkü səfərinin əvvəlki səfərlərindən fərqləndiyini bildirən deputat iki ölkə arasında imzalanacaq sənədin əhəmiyyətinə toxunub:



“Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtına, eləcə də işğaldan azad edilmiş ərazilərə səfər edən ilk dəfə məhz qardaş ölkə başçısının səfəri olduqca əhəmiyyətlidir. Türkiyə rəhbərinin bu səfəri müharibədən sonrakı dövr üçün iki dövlətin birliyinin növbəti göstəricisi olacaq.  

Şuşada iki ölkənin rəhbərləri arasında rəsmi görüş olacaq. Görüş çərçivəsində çox vacib müqavilənin imzalanacağı gözlənilir. Bu, Azərbaycanla Türkiyə arasında indiyədək imzalanan ən böyük və əhəmiyyətli sənəd olacaq. Bu, Azərbaycan və iki ölkənin münasibətləri üçün yeni əlamətdar, tarixi hadisə olacaq”.

Aygül Qarayeva
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top