“Minasız Qarabağa Gedək!” adlı beynəlxalq kampaniyaya start verildi — FOTOLAR

SOSİAL 11 iyn 2021, 19:07
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi “Minasız Qarabağa Gedək!” adlı beynəlxalq kampaniyaya start verdiyini ölkə ictimaiyyətinə bəyan etdi. 

Təşkilatdan Demokrat.az-a verilən məlumta görə, mətbuat konfransında Birliyin icraçı direktoru Zamin Zeynal, idarə heyətinin üzvləri Məcid Məmmədov və Məhəmməd Məmmədov çıxış etdilər. 

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin rəsmiləri bildirdilər ki, sosial aksiyanı həyata keçirməkdə əsas məqsəd düşmənin bu cür addımlarını Beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, işğala məruz qoyduqları, vandal törədikləri torpaqlarımızda qanunsuz mina yerləşdirdikləri ərazilərin xəritələrini ən qısa zamanda Azərbaycana verilməsini tələb etməkdir. 

Qurum rəsmiləri onu da qeyd etdilər ki, aksiya çərçivəsində Birləşmiş Millətlər Təşkilatlarına, ATƏT-in Minsk qrupuna, siyasi təsisatlara və digər Beynəlxalq təşkilatlara Azərbaycan ərazilərində baş verən bu mina terrorlarına münasibət bildirmələrinə və Ermənistana Beynəlxalq təzyiqin göstərilməsinə çağırışlar ediləcəkdir. 

Eyni zamanda, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin könüllüləri tərəfindən təbliğat xarakterli maarifləndirici flayerlərin və azyaşlı sosial media istifadəçilərinin marağını cəlb etmək üçün üzərində “Minasız Qarabağa Gedək!” şüarı yazılışmış şarların paylanılması nəzərdə tutulmuşdur. 
Bu işlərlə paralel Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi dünyada və ölkəmizdə aktiv istifadə olunan sosial media platformaları olan feysbuk, instaqram və tvitter üzərindən #MinasızQarabağaGedək #LetsgotoKarabakhwithoutmines və #ПоехаливКарабахбезмин həştəqləri ilə paylamışlar edərək sosial media istifadəçilərinin, beynəlxalq təşkilatların  və media qurumlarının diqqətini bu mövzuya çəkməyə çalışır.

Təşkilat bir daha dünya ictimaiətini erməni terrorunu pisləməyə, günahsız insanların ölmünə səbəb olan  mina terrorlarının müəllifi "erməni" dövlətinin qarşısını almaqda və mina xəritələrinin Azərbaycan tərəfinə verilməsində bəşəri həmrəyliyə səsləyir!
No description available.
No description available.
No description available.
No description available.
No description available.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top