Bayden-Putin görüşünə görə sakinləri işə çıxmamağa çağırdılar

DÜNYA 10 iyn 2021, 21:56
Cenevrə şəhər hakimiyyəti sakinlərə iyunun 16-da, ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüş günündə işə çıxmamağı tövsiyə edib.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli “The Local” nəşri məlumat yayıb.

Həmçinin, sakinlərdən ofislərə gəlməyərək evdən işləmək və səfərlərdən çəkinərək mümkün qədər öz evlərini tərk etməmək xahiş olunub.

Artıq mühüm görüş günündə şəhərin bağlı olacaq hissəsinin xəritəsi də nəşr edilib.

Qeyd edək ki, ABŞ - Rusiya sammiti La-Qranj parkında baş tutacaq./Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top