Sabahdan Bakıda keçiriləcək sərgilərə hər kəs buraxılmayacaq

SOSİAL 09 iyn 2021, 21:04
Sabahdan “Bakı Ekspo Mərkəzi”ndə işə başlayacaq 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - "InterFood Azerbaijan 2021"də müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

"Report" bu barədə sərgi ilə bağlı keçirilən mətbuat konfransında təşkilatçı - "Caspian Event Organisers" şirkətinin baş direktoru Fərid Məmmədov məlumat verib.

Onun sözlərinə görə, sərgilərə yalnız əvvəlcədən caspianagro.az və interfood.az saytlarında qeydiyyatdan keçənlər və dəvətnaməsi olanlar buraxılacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top