Kəlbəcərdə minaya düşərək həlak olan AzTV-nin əməkdaşı Sirac Abışov bu gün son mənzilə yola salınıb.
Demokrat.az xəbər verir ki, peşə fəaliyyətini yerinə yetirərkən minaya düşən S.Abışov Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasiminə, şəhidin ailə üzvləri, şəhər rəhbərliyi, millət vəkilləri, media nümayəndələri, eləcə də ictimaiyyət nümayəndələri qatılıb.
***11:09
Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovla vida mərasimi keçirilir.
Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, MTRŞ sədri İsmət Səttarov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak edirlər.