Gürcüstana getmək üçün hansı qaydalara riayət edilməlidir? — VİDEO

SOSİAL 01 iyn 2021, 23:41
Bu gündən etibarən Gürcüstan Azərbaycan üçün quru sərhədlərini açıb. 

Ölkəyə daxil olmaq üçün son 72 saat ərzində koronovirus testi vermək lazımdır. Qeyd etmək lazımdır ki, vaksin olunan şəxslər də bu testi verməlidir. 

Gürcüstan sərhədlərində 72 saatdan çox qalan şəxslər isə, bu testi yenidən verməlidir. Əks təqdirdə 2000 lari, yəni 1043 manat məbləğində cərimələnə bilərlər. 

Gürcüstana daxil olan Gürcüstan vətəndaşları isə bu testi vermədən, 8 gün ərzində özünü təcrid şəraitində yaşamalı, daha sonra küçəyə çıxmalıdır. 

Daha ətraflı Baku TV-nin süjetində:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top