"Turanbank"dan ciddi qanun pozuntusu — Bank və sədr cərimələnəcək

MALİYYƏ 01 iyn 2021, 13:16
"Turanbank" ASC ciddi qanun pozuntusuna yol verib.

Index.az-ın araşdırması nəticəsində məlum olub ki, may ayının başa çatmasına baxmayaraq, adıçəkilən bank illik audit hesabatını saytında dərc etməyib.

Qanunvericiliyə görə, başa çatmış il üzrə audit hesabatı nöbəti ilin ilk 5 ayı ərzində rəsmi saytda dərc olunmalıdır. Başqa sözlə, 2020-ci il üzrə audit hesabatının dərc olunması üçün son tarix 2021-ci ilin mayın 31-i idi.

Tələblərə görə, "Turanbank" 10 000 manat, İdarə Heyətinin sədri (Fəzail Musayev) isə 1 500 manat məbləğində cərimə olunmalıdır.

“Turanbank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 75 milyon manatdır. Bankın səhmlərinin 55,3%-i 20 fiziki şəxsə, 44,7%-i isə 8 hüquqi şəxsə məxsusdur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top