Vətən müharibəsində şəhid olan daha bir hərbçinin nəşi tapıldı

QARABAĞ 31 may 2021, 13:52
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Neftçala rayonundan olan əsgər İmanov Məmmədağa İqab oğlunun nəşi tapılıb.

Onun sabah Neftçala şəhər Şəhidlər xiyabanında dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, şəhidimiz 2001-ci il aprelin 4-də Neftçala rayonunun Dalğa kəndində anadan olub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top