Həmsədrlər Ermənistanı və Azərbaycanı danışıqlara çağırdı


QARABAĞ 28 may 2021, 23:27
ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistanı və Azərbaycanı vəziyyəti sabitləşdirmək üçün dərhal addımlar atmağa və sərhədlərin delimitasiyası və demarkasiyası məqsədi ilə danışıqlara başlamağa çağırıblar. 

Demokrat.az
-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.

Həmsədrlər son vaxtlar Azərbaycan və Ermənistanın demarkasiya olunmayan sərhədində hadisələrlə bağlı bir sıra məlumatları da narahatlıqla qeyd edirlər.

"Sərhəd mübahisələrini həll etmək üçün güc tətbiqi təhdidindən istifadə etmək qəbuledilməzdir", - bəyanatda deyilir.

Həmsədrlər delimitasiya və demarkasiya prosesinin irəliləməsinə kömək etməyə hazır olduqlarını bildirirlər və tərəfləri 10 Noyabr 2020-ci il tarixli Bəyanata uyğun olaraq götürdükləri öhdəliklərin tam yerinə yetirilməsinə çağırırlar.

Xatırladaq ki, mayın 27-də, saat 03:00 radələrində erməni təxribat qrupları Azərbaycanın dövlət sərhədini keçərək Azərbaycan ərazilərini minalamaq və digər təxribat xarakterli cəhdlər göstəribər.

İlkin məlumata görə, iki təxribat və kəşfiyyat qrupu iki istiqamətdə Azərbaycanın dövlət sərhədini keçib. Biri doqquz, digəri 15 əsgərdən ibarət olublar. Sabotaj və kəşfiyyat qruplarının hərəkəti nəzarət altına alınıbv. Erməni hərbçiləri Azərbaycanda tədarük xətlərini və digər yolları minalayarkən Azərbaycan ordusu dərhal hər iki qrupa qarşı əməliyyat tədbirləri görüb.

Nəticədə birinci təxribat və kəşfiyyat qrupu heyətindən bir zabit olmaqla dörd və digərindən iki hərbçi saxlanılıb və tərki silah edilib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top