Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi — FOTO

XARİCİ SİYASƏT 28 may 2021, 00:36
Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib.

Səfirliyin “Twitter” səhifəsində paylaşılan təbrikdə deyilir:

“Bir kərə yüksələn bayraq, bir daha enməz!” - M.Ə.Rəsulzadə. Dost və qardaş Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May - Respublika günü münasibətilə təbrik edir, dövlət müstəqilliyi və suverenliyinin əbədi olmasını arzu edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top