Gündəm

Paşinyan sərhəddə beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif edib — SON DƏQİQƏ

Paşinyan sərhəddə beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif edib — SON DƏQİQƏ

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə baş verən münaqişənin həlli planını açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, plan üç bənddən ibarətdir:

Hər iki tərəfin öz hərbi qüvvələrini sərhəddən geri çəkməsi;

Sərhəddə Rusiyanı və ya Minsk qrupu həmsədri olan hər hansı bir ölkəni (ABŞ və ya Fransanı) təmsil edən beynəlxalq müşahidəçilərin yerləşdirilməsi;

Beynəlxalq müşahidə altında sərhədlərin dəqiqləşdirilməsi.

D
demokrat.az