Türkiyəli nazir işğaldan azad edilmiş ərazilərə səfər edəcək

İNFRASTRUKTUR 27 may 2021, 11:29
Mayın 31-də Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Azərbaycana səfəri baş tutacaq.

“Report”un əldə etdiyi məlumata görə, türkiyəli nazir səfər zamanı Füzuli rayonunda tikilən Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olacaq.

Səfərdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev də iştirak edəcəyi gözlənir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a bildirilib ki, belə bir səfərin təşkili nəzərdə tutulur və səfər çərçivəsində A.Karaismailoğlu Horadizdə inşa edilən bəzi infrastruktur obyektlərində işlərin gedişatı ilə tanış olacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top