Ermənilər Xankəndindəki bu heykəli sökməyə məcbur oldular

QARABAĞ 25 may 2021, 23:54
Xankəndidə qoyulmuş “artsaxın açarı” adlı qondarma abidə bu gün sökülüb.

Demokrat.az xəbər verir ki, bu barədə Xankəndidəki separatçılar məlumat yayıb.

“Son günlərdə “Biz və bizim dağlar” kompleksinin ərazisində ucaldılmış abidə ziddiyyətli fikirlər və ictimaiyyətin birmənalı olmayan münasibəti nəzərə alınaraq söküldü”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, magiya simvollarını özündə əks etdirən “abidə”nin satanist işarələri əks etdirdiyi iddia edilirdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top