Aslan İsmayılov: "Belə insanlar tək öz xalqı üçün yox, bəşəriyyət üçün də təhlükəlidir"

GÜNDƏM 25 may 2021, 12:25
Həqiqətən düz deyiblər ki, Allah insanın evini yıxmamışdan əvvəl ağlını alar, sonra isə evini yıxar. 

Demokrat.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

Aslan İsmayılov qeyd edib ki, Belarusun Prezidenti A.Lukaşenkonun 25 yaşlı bir gəncə görə yüzdən artıq insanın həyatını təhlükəyə qoyaraq təyyarəni zorla yerə endirib onu həbs etdirməsi insan ağlına gəlməyən bir hərəkətdir. Bu addımla A.Lukaşenko özü öz qələmini qırdı və onun acı aqibəti artıq qaçılmazdır.

"Mənim üçün bu hadisənin ən pis tərəfi odur ki, A.Lukaşenko uzun illər Azərbaycanın haqlı davasını müdafiə etmişdi və bu addımına görə ona rəğbətim var idi. Ancaq sonuncu addıma görə insanın öz doğma qardaşını belə müdafiə etməsi yolverilməzdir. Bu nəinki qanuna, əxlaqa belə ziddir. Belə insanlar tək öz xalqı üçün yox, bəşəriyyət üçün təhlükəlidirlər. Bir şeyə də inanıram ki, bu tək onun öz ağlının məhsulu deyil, həm də onun indiki ağır durumundan istifadə edənlərin əməyinin nəticəsidir", deyə tanınmış hüquqşünas əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top