İqtisadiyyat

OPEC+ texniki komitəsinin iclası təxirə salındı

OPEC+ texniki komitəsinin iclası təxirə salındı

"OPEC+" ölkələrinin texniki monitorinq komitəsinin iclası mayın 31-də, nazirlərin monitorinqi iclası və "OPEC+" nazirlər konfransının ərəfəsində keçiriləcək.

Demokrat.az xəbər verir ki, daha əvvəl texniki monitorinq iclasını 25 mayda keçirilməsi planlaşdırılıb.

"OPEC+" texniki komitəsinə müqavilədə iştirak edən səkkiz ölkənin müvafiq nazirliklərindən mütəxəssislər daxildir. Mütəxəssislər hər ay videokonfrans formatında toplanır və nazirlərin təqdimatına neft bazarındakı vəziyyət barədə analitik hesabat hazırlayırlar.

D
demokrat.az