Çinin şimal-qərbində dağ marafonu zamanı ölənlərin sayı 21-ə çatdı

DÜNYA 23 may 2021, 09:49
Çinin Qansu vilayətində ultra marafon zamanı ölüm sayı 21-ə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə Global Times qəzeti xəbər verib.

Məlumata əsasən, axtarış qrupları yarışın itkin düşən iştirakçılarının sonuncusunun cəsədini tapıb.

Bildirilib ki, hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb.

Yerli hakimiyyət orqanları hadisənin səbəblərini hərtərəfli araşdırmaq üçün qrup yaradıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top