Avtobus zolaqlarına nəzarətin gücləndirilməsi təklif edilir


İNFRASTRUKTUR 22 may 2021, 21:30
“Bakının mərkəzində-Rəşid Behbudov küçəsində, Atatürk prospektində Əhməd Rəcəbli küçəsində sürücülərin əksəriyyəti avtobus zolaqları ilə bağlı qaydalara əməl edirlər”.

Demokrat.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, sürücülər Qara Qarayev prospektində, Məhəmməd Hadi küçəsində, Gəncə prospektində, Babək prospektində avtobus zolaqlarının tələblərinə ciddi əməl etmirlər: “Sanki şəhər mərkəzində sürücülər üzərlərində bir nəzarət hiss edirlər, qaydalar əməl edirlər, lakin şəhər mərkəzinin kənarında isə təəssüf ki, bu, müşahidə edilmir”.

M.Ağayev deyib ki, bu istiqamətdə maarifləndirmə tədbirləri davamlı olaraq aparılır: “Lakin burda əsas diqqət nəzarəti artırmağa yönəldilməlidir. Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində müəyyən tədbirlər həyata keçirir. Amma avtobus zolaqlarının tələblərinə əməl edilməsi, sürücülərə sərt nəzarətin tətbiqi digər həmkar qurum olan Bakı Şəhər Dövlət Yol Polisi (DYP) tərəfindən icra edilir. Bakı Nəqliyyat Agentliyi yalnız həmin zolaq boyunca nəqliyyat vasitələrini qanunsuz park edən sürücülərə qarşı dayanma-durma qaydalarının pozulmasına görə cərimə tətbiq edir”.

Xatırladaq ki, BNA-nın təklifi əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası 10 küçə və prospektdə avtobus zolaqlarının təşkil olunmasını təsdiq edib. Bu çərçivədə artıq 7 ünvanda zolaqların təşkili yekunlaşıb. Hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sen 2021, 23:37
Top