Paşinyanın arvadı özünü ifşa etdi

DÜNYA 22 may 2021, 14:47
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın arvadı Anna Akopyan seçkiqabağı kampaniya çərçivəsində Gorusda məktəbin idman zalının açılışında iştirak edib.

Bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.

Məsələ burasındadır ki, daha əvvəl Sünik vilayətinin başçısı Melikset Poqosyanın iştirakı ilə həmin məktəbdəki idman zalının açılışı olub.
Qeyd edilir ki, idman salonunun açılışı 26 aprel tarixində baş tutub.

Akopyan yalnız qubernator, qubernator köməkçisi və Sünik millət vəkili ilə görüşə bilib.

O, Qarabağ müharibəsində ölən erməni hərbçilərin ailələrini ziyarət etmək istəsə də, onlar Paşinyanın arvadı ilə görüşü rədd ediblər.(azxeber.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top