“Ermənistan hakimiyyəti müharibədən qorxur” — Baqdasaryandan açıqlama

SİYASƏT 19 may 2021, 00:45
“Ermənistan hakimiyyəti müharibədən qorxur və heç bir şey etmir”.  

Demokrat.az
xəbər verir ki, erməni politoloq Armen Baqdasaryan Zəngəzurda baş verən proseslərə münasibət bildirərkən bu fikirləri səsləndirib. Baqdasaryan danışıqların Ermənistan tərəfinin fəal iştirakı olmadan aparıldığını bildirib: “Onlar elə bir vəziyyətdədirlər ki, Azərbaycanın hücumuna müqavimət göstərə bilmirlər. Ona görə də, Azərbaycan tərəfinin geri çəkilməsinə inanmaq çətindir. Çünki rəsmi mənbələrin həqiqəti söyləmədiyi ehtimalı çox böyükdür”.

Erməni politoloq əlavə edib ki, hazırda Ermənistanda anarxiya mövcuddur: “Bu məsələdə ən pis şey, Ermənistanın sərhəd ərazilərdə baş verən proseslərin danışıqlarında iştirak etməməsidir. Bunu Azərbaycan və Rusiya edir. Bu cür hallarda ölkənin maraqlarını müdafiə etmək lazımdır, əks halda vəziyyət daha da pis olacaq.

Baqdasaryanın sözlərinə görə, Rusiya vasitəçi olmağa hazırdır,  Azərbaycan vəziyyəti şərh edir, Ermənistan isə səssizdir. Bütün problem də elə budur./Konkret.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top