Sabir Rüstəmxanlı: "Xaricdə yaşayan azərbaycanlılar ermənilərin təxribatlarına uymamalıdırlar"

GÜNDƏM 18 may 2021, 17:10
"Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, ermənilərin və erməni tərəfdarlarının təxribatlarına uymamalı, məsələyə daha sakit və təmkinlə yanaşmalıdırlar. Mütləq xaricdə yaşayan soydaşlarımız təşkilatlanmalı, baş verə biləcək təxribatlara qarşı hazırlıqlı olmalıdırlar".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı xarici ölkələrdə Azərbaycana qarşı erməni lobbisinin təsiri altında törədilən təxribatlar barədə danışarkən deyib.

S.Rüstəmxanlı hesab edir ki, hər ölkədə olan imkanlarımıza uyğun, müvafiq addımlar atmalıyıq: "İlk növbədə, təbii ki, azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, ermənilərin və erməni tərəfdarlarının təxribatlarına uymamalı, məsələyə daha sakit və təmkinlə yanaşmalıdırlar. İkinci tərəfdən isə, mütləq xaricdə yaşayan soydaşlarımız təşkilatlanmalı, baş verə biləcək təxribatlara qarşı hazırlıqlı olmalıdırlar. Bundan başqa, xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz öz vətəndaşlarımızla əlaqələri sıx tutmağa çalışmalı, tez-tez görüşlər keçirməlidirlər. Həmçinin vətəndaşlarımızın yaşadıqları ölkələrin xarici işlər nazirlikləri, rəsmi təşkilatlarla azərbaycanlıların əlaqələri gücləndirilməlidir. Hansı faydalı vasitədən istifadə olunursa olunsun, əsas odur ki, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmağa xidmət etsin. Xarici ölkələrdə Azərbaycana qarşı təxribatlar qələbədən sonra daha da artıb. İstənilən halda, biz gördüyümüz işin mahiyyətini, ədalətliliyini bütün dünyaya duyurmalıyıq. Beləliklə, həm yerli, həm də xarici mətbuatda Qarabağla bağlı informasiyalar geniş şəkildə öz əksini tapmalıdır".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top