Prezidentdən xahiş edirəm, o gödəkcəni mənə bağışlasın!

GÜNDƏM 16 may 2021, 10:38
Bu yaşımda işğaldan azad edilən torpaqlarımızı mənə hədiyyə edən şəhidlərimizə, qazilərimizə, Müzəffər Ordumuza və Ali Baş Komandanımıza təşəkkür edirəm.

Demokrat.az
xəbər verir ki, bu sözləri bu gün 77 yaşı tamam olan xalq artısti Şeyx Əbdül Mahmudbəyov deyib.

Moderator.az-a geniş müsahibəsində xalq artisti Prezidentə mayın 7-də ona prezident təqaüdü təyin etdiyi üçün təşəkkür edib. 

“Mənim üçün ən böyük hədiyyə Şuşada keçirilən “Xarıbülbül” festivalı idi” deyən Şeyx Əbdül, buna baxmayaraq, Prezidentdən 77 yaşına hədiyyə istəyib:

“77 illiyimə ölkə başçısından bir şey xahiş etmək istəyirəm. Cənab Prezident “Xarıbülbül” festivalının açılışında iştirak edəndə əynində bir gödəkcə var idi. İstəyərdim ki, cənab Prezident o gödəkcəsini mənə bağışlasın və Şuşa xatirələri mənim üçün əbədi olaraq qalsın. O gödəkcənin üstünə bir də xarıbülbülün şəkli vurulsun”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top